ABŞ-da 15 yaşında litsey şagirdindən “məscidə hücum” təhdidi!

Baxış sayı:
11569

 ABŞ-da Arizona Ştatının Phoenix şəhərində üzərindən kalium nitrat çıxan 15 yaşlı Litsey şagirdi məscidi partlatmaqla təhdid edib.
 
ABŞ-da yerli mediada çıxan xəbərlərdə, Pinnacle litseyində oxuyan və adı açıqlanmayan 15 yaşlı şagirdin sinif yoldaşına məscidləri nəzərdə tutaraq "Müsəlman bir kilsə" partlatmaq istədiyini dediyi bildirilib.
 
Polis üzərindən kalium nitrat tapdı
 
Şagirdin məktəbdə paketdə bir neçə kq-lıq ağ toz daşıdığının görülməsi ilə məktəbə gələn Phoenix polisinin şübhəlinin üzərində kalium nitrat aşkar edildiyi ifadə edilib.
Rəsmi şəxslər,  təkcə kalium nitratın təhlükəli olmadığını, ancaq digər kimyəvi maddələrlə qarışdırdıqda yanıcı bir maddəyə çevrildiyini bildirib.
Şübhəli məktəbə qarşı hər hansı bir təhlükə kəsb etmədiyi üçün polisin məktəbi boşaldaraq təhlükəsizlik tədbiri almağa ehtiyac olmadığı bildirilib.
Şübhəli gəncin mühakimə edilməsinə davam olunduğu qeyd edilib.
Müxalifət.az