​ABŞ çoxdan primitivləşib - Rusiya

Baxış sayı:
790

Rusiya ABŞ-ın sanksiyaların genişləndirilməsi ilə bağlı təhdidini qətiyyətlə rədd edir və İranla münasibətləri olduğu kimi davam etdirir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bizim mövqeyimiz daha əvvəldən və çox yaxşı bəllidir. Xarici siyasətin istiqaməti olaraq birtərəfli sanksiyaların tətbiqi qəbuledilməzdir. Problem ondadır ki, ABŞ-ın xarici siyasəti çoxdan primitivləşdirilib”, - diplomat bildirib.
Ryabkov onu da əlavə edib ki, ABŞ son illər olduqca narahat görünür.
Qeyd edək ki, ABŞ administrasiyası Kremlin İran hakimiyyəti ilə əlaqələrini əsas gətirərək yeni sanksiyaların tətbiqini istisna etməyib.