ABŞ-a çox sərt S-400 cavabı

Baxış sayı:
3781

Türkiyə və Çinin də aralarında olduğu ölkələrə Rusiyadan S-400 hava müdafiə sistemi almamaları yönündə təzyiq edən ABŞ-a Hindistandan sərt bir cavab verilib.
 
Hindistanın baş qərargahının rəisi general Ravat, ABŞ ilə müxtəlif texnologiya tərəfdaşlıqları olsa da, lakin müstəqil siyasət yürütdüklərini bildirib.
Rusiyanın Kamov vertolyotlarını da ala biləcəyini söyləyən Rawat, digər ölkələrlə silah müqavilələrinə də qapını açıq saxlayıb.
Qeyd edək ki, Türkiyəyə S-400 aldığı təqdirdə ciddi nəticələrlə qarşılaşacağı təhdidini sovuran Washington, keçən həftə Rusiyadan 5 milyard dollarlıq S-400 alma qərarına imza atan Hindistana və Su-35 döyüş təyyarəsi ilə S-400 alma qərarı səbəbindən Çini də təhdid edici sanksiya ilə hədələmişdi.
Müxalifət.az