ABŞ Çinə sərt xəbərdarlıq etdi: “LAZER BÖHRANI”

Baxış sayı:
4141

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Dana Uayt, ABŞ-ın Cibutidəki hərbi bazasından qalxan təyyarələrin yaxınlıqdakı Çin bazasından lazer təcavüzünə uğradığını və bu məsələdə Çinə diplomatik etiraz verdiklərini açıqlayıb.
 
Sözçü Uayt, ABŞ-ın Cibutidə yerləşən hərbi bazasından havaya qalxan təyyarələrin, stansiyanın yaxınlığında yerləşən Çin bazasından naməlum şəxslərlə lazer təcavüzünə məruz qoyulduğunu deyib.
 
BUNLAR CİDDİ HADİSƏLƏR
 
Bu təcavüzləri "gerçək bir təhdid" olaraq adlandıran Uayt, "Bunlar çox ciddi hadisələrdir. Burada İki nəfərin yaralanması söz mövzusudur. Bu fəaliyyətlər pilotlarımız üçün real təhdiddir" deyə, söyləyib.
Cibutidəki lazer təcavüzlərinin Çin bazasından həyata keçirildiyi məsələsində son dərəcə əmin olduqlarını qeyd edən Uayt, "Rəsmi olaraq Çin hökumətinə diplomatik etiraz verdik və Çinlilərin bu hadisələri araşdırmasını tələb etdik" deyə, bildirib.
Uayt, həmçinin, ABŞ təyyarələrinin uzun zamandır lazer təcavüzünə məruz qoyulduğunu, ancaq son bir neçə həftə ərzində bu sayın artdığını dilə gətirib.
Çinin ölkə xaricindəki ilk hərbi bazası olan Cibutidəki bazası keçən il avqust ayında açılıb.
ABŞ rəsmiləri isə Çinin, Cibutidəki ABŞ bazası yaxınlığında baza açmasının özləri üçün bir problem təşkil etmədiyini və bunun Cibuti hökumətinin müstəqil qərarı olduğunu ifadə etmişdi.
Cibutidə, Çin və ABŞ-la yanaşı, Yaponiya və Fransanın hərbi bazaları yerləşir.
Müxalifət.az