ABŞ bəyan etdi: “Rusiyanı dayandırmağa hazırıq”

Baxış sayı:
30490

 ABŞ-ın Avropa Komandanlığının rəhbəri general Kortis Scaparrotti son dövrdə Şimal Qütbü kursunu çox tez-tez istifadə etməyə başlayan Rusiyanı dayandırmağa hazır olduqlarını deyib.
 
Silahlı Xidmətlər Komitəsinin toplantısında çıxış edən Scaparrotti, “Şimal dənizi marşrutu daha tez-tez istifadə edilməyə başlanıb. Bura təbii qaynaqlar baxımından da bir ticari maraq var. Bu da region üçün bir rəqabət yaradır” deyib.
Müxalifət.az