ABŞ-ın bu qərarını istənilən insan alqışlaya bilər - İran səfiri

Baxış sayı:
19585

ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaq qərarının nə dərəcədə real olduğunu dəyərləndirmək lazımdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Mehdi Sənai deyib.
“Düşünürəm ki, istənilən insan bunu alqışlaya bilər. Lakin bunun dərəcədə həqiqətə uyğun olub-olmamasını bilmək üçün gözləmək lazım gəlir”, - deyə səfir bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ administrasiyası amerikalı hərbçilərin Suriyadan çıxarılması yönündə qərar qəbul etmişdi.