ABŞ bu ölkəyə 16 milyonluq raket verdi

Baxış sayı:
10672

Bu gün ABŞ Livan ordusuna 16 milyon dollarlıq lazerlə idarə olunan raket təhvil verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Beyrut səfirliyindən məlumat verilib.
Səfirlikdən verilən məlumata əsasən, sözügedən raketlər A-29 Super Tukano hərbi təyyarələrinin ayrılmaz hissəsidir.
Qeyd edək ki, ABŞ 2005-ci ildən bu günə qədər Livan ordusuna 2.3 milyard dollardan artıq yardım göstərib.