ABŞ-ın BMT nümayəndəsindən İRAN AÇIQLAMASI

Baxış sayı:
1406

 ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, İran rejiminin nüvə müqaviləsinin arxasına sığınaraq hər cür beynəlxalq norma və BMT qətnamələrini pozmasına imkan verməməliyik deyib.
 
Haley, ABŞ prezidenti Donald Trampın İrana nüvə müqaviləsi çərçivəsində əldə olunan sanksiya sərbəstliyini "son dəfə" uzatma qərarının ardından yazılı bəyanat verib.
ABŞ-ın İran ilə varılan nüvə müqavilənin şərtlərinə sadiq qalacağını, ancaq İranın təhlükəli və sabitliyi pozan hərəkətlərinə tolerantlıq göstərməyəcəyini ifadə edən Haley, digər ölkələrdən də bu məsələdə ABŞ-ın yanında olmalarını gözlədiklərini qeyd edib.
Haley, "İranın pozduğu silah embarqolarını tətbiq etmək, terrora verdiyi dəstəyi dayandırmaq və insan haqları pozuntularına işıq tutmaq üçün BMT-də beynəlxalq əməkdaşlığı gücləndirmək lazımdır. Bu addımların hamısı nüvə müqaviləsindən müstəqil şəkildə atıla bilər. Bu barədə beynəlxalq bir razılaşma əldə olunmasa, nüvə müqaviləsinin sülhə mane olduğu daha da dəqiqləşəcək. İran rejiminin nüvə müqavilənin arxasına sığınaraq hər cür beynəlxalq norma və BMT qətnamələrini pozmasına imkan verməməliyik" deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, İrana nüvə müqavilə çərçivəsində əldə olunan sanksiya sərbəstliyini "son dəfə" uzatdığını açıqlamışdı.
ABŞ-ın İran ilə P5+1 ölkələri arasında (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniya) 2015-ci ildə imzalanan nüvə müqaviləsinin sanksiyalara dair maddəsini ləğv etməyəcəyini bildirən şəxslər, ölkəyə təmin olunan sanksiya sərbəstliyinin 120 gün uzadıldığını bildirmişdi.
Müxalifət.az