ABŞ BMT-nin “Qaşıqçı” hesabatına münasibət bildirdi

Baxış sayı:
9493

ABŞ Xarici İşlər Nazirliyinin rəsmiləri BMT tərəfindən hazırlanan “Camal Qaşıqçı” hesabatı ilə bağlı açıqlama verib.
 
ABŞ rəhbərliyi BMT tərəfindən hazırlanan Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayəti ilə bağlı hesabatı "yaxından araşdırdıqlarını" ifadə edib.
Söz mövzusu hesabatı "yaxından araşdırdıqlarını" ifadə edən nazirlik səlahiyyətliləri "ABŞ BMT-nin Xüsusi Məruzəçisi Agnes Callamard-ın mühakiməsiz edamlar mövzusundakı qlobal istintaqlarına dəstək verməkdədir" deyə qeyd edib.
Digər yandan, Callamard-ın Qaşıqçı cinayəti çərçivəsində görüş tələbindən sonra Xarici İşlər Nazirliyindən bəzi səlahiyyətlilərin onunla bir araya gəldiyini də dilə gətirən rəsmilər, "Məsul olan hər kəsdən hesab soruşulması üçün təzyiq etməyə qərarlıyıq" deyə söyləyib.
 
Səudiyyə vəliəhd şahzadəsi bin Salmana sanksiya çağırışı
 
BMT İnsan Haqları Ali Komissarlığı (OHCHR) tərəfindən açıqlanan 101 səhifəlik hesabatda, Səudiyyə Ərəbistanı Camal Qaşıqçını qəsdən və planlaşdırılmış öldürməkdən məsul tutulmuşdu.
Hesabatda, aralarında Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da olduğu üst səviyyə səlahiyyətlilərin araşdırılması üçün etibarlı dəlillər olduğuna işarə edilmişdi.
Hesabatda ayrıca, BMT baş katibi Antonio Guterres Qaşıqçının öldürülməsi ilə bağlı tamamlayıcı kriminal istintaq başlatmağa dəvət edilmiş, Qaşıqçının öldürülməsi ilə əlaqədar sanksiyaların vəliəhd şahzadə və onun xaricdəki fərdi mal varlıqlarını da əhatə etməsi lazım olduğu vurğulanmışdı.
Müxalifət.az