ABŞ-ın bir şəhəri polissiz qaldı — SƏBƏB

Baxış sayı:
3538

ABŞ-ın Massçusetts ştatındakı Blendford şəhərinin dörd polis əməkdaşı istefa verib.
Muxalifet.az xəbər verir ki, polis işçiləri iş şəraitinin yaxşılaşdırılmasını tələb edərək istefa veriblər. Məlum olub ki, polislər şəhərdə patrul xidmətini şəxsi maşınları ilə keçirlər. Xidməti maşınlar istifadəyə yararsızdır və polis ratsiyası işləmir.
Bundan başqa polis əməkdaşları gülləkeçirməz jiletlərin keyfiyyətindən də şikayət ediblər. Zabitlər əmin edirlər ki, onların başqa seçimi olmayıb. Çünki şərtlər o qədər pis olub ki, onların özlərinin təhlükəsizliyi təhdid altında olub. Hazırda yeni polis əməkdaşları işə cəlb edilməyib. Bu səbəbdən şəhərdə polis yoxdur.
Qeyd edək ki, Blendford şəhərində cəmi 4 polis işçisi olub.