ABŞ Beynəlxalq Cinayət Məhkəməsini “Ölü” adlandırdı: CAVAB GECİKMƏDİ

Baxış sayı:
3286

Ağ Ev Milli Təhlükəsizlik Məsləhətçisi Con Bolton, Beynəlxalq Cinayət Məhkəməsi ilə (ÜÇÜM) əməkdaşlıq içərisində olmayacaqlarını bildirərək, ““BCM” bizim üçün onsuz da ölüdür" - deyib.
 
Bolton, bildirib ki, "11 sentyabrın ərəfəsində ABŞ prezidenti adından bu mesajı vermək istəyirəm ki nəyin bahasına olursa olsun, öz xalqımızı və müttəfiqlərimizi bu ədalətli olmayan və qeyri-qanuni olan məhkəmənin qərarlarına qarşı qoruyacağıq".
 
BCM BİZİM ÜÇÜN ÖLÜDÜR
 
Bolton, “ABŞ BCM ilə əməkdaşlıq etməyəcək. BCM-yə dəstək verməyəcəyik. İçində yer almayacağıq. BCM-ni öz içərisində ölməsi üçün buraxacağıq. Necə olsa, etmiş olduğu qərar və təşəbbüslərlə BCM bizim üçün onsuz da ölüdür" deyə, bildirib.
 
ABŞ-a CAVAB GECİKMƏDİ
 
Beynəlxalq Cəza Məhkəməsi də, ABŞ-ın təhdidinə qarşı "İşimizi görməyə davam edəcəyik" deyib.
 
FƏLƏSTİN MƏSƏLƏSİ ABŞ-ı QICIQLANDIRMIŞDI
 
Mərkəzi Hollandiyanın Haaqa şəhərində yerləşən BCM-nin baş prokuroru Fatou Bensuda, mayda verdiyi bəyanatda, Fələstin hökumətinin İsrailin qırğınları ilə bağlı BCM-yə təslim etdiyi dosye məsələsində məhkəmə sədrini məlumatlandırdığını açıqlamışdı.
Bensuda, 2015-də Fələstindəki vəziyyətə qarşı istintaq açılması üçün ön araşdırma başlanıldığını qeyd edərək, "Ofisim keçirilən ön araşdırmada mühüm yol qət edib və eyni şəkildə davam edəcəkdir" demişdi.
Müxalifət.az