ABŞ BAZALARINDA HƏYƏCAN SİQNALI

Baxış sayı:
10303

ABŞ-ın İraqın Ənbar şəhərində yerləşən Eyn əl Əsəd hərbi bazasını qorumaq üçün təhlükəsizlik tədbirlərini gücləndirdiyi bildirilir.
Haşdi Şabi təşkilatının tərkibindəki Bədr qrupunun Ənbar üzrə məsul olan Kusey Anbari, amerikalı qüvvələrin Ayn Əl Əsəd hərbi bazasını qorumaq üçün güclü təhlükəsizlik tədbirləri gördüyünü söyləyib, həmçinin, İraq, Suriya və İordaniya sərhədlərinin kəsişmə nöqtəsi ilə yanaşı, Rutbe rayonundkı 70 ədəd bazada da təhlükəsizlik tədbirlərini gücləndiridyini qeyd edib.
İraq mediasının təşkilatın başqa bir üzvünə istinad elədiyi xəbərdə isə, ABŞ qüvvələri Anbar şəhərində Haşdi Şabiyə məxsus olan bir qrupun təlimlərini dayandırıb.
ABŞ prezidenti Donald Tramp ötən ilin dekabr ayında həyat yoldaşı ilə birlikdə İraqın Ənbar vilayətindəki Ayn əl Əsəd hərbi bazasını ziyarət eləmişdi.
Milad ərəfəsində Amerika hərbçiləri ilə görüşən Tramp demişdi: “İraqdan çıxmaqla bağlı heç bir planımız yoxdur. Əgər Suriyada işlər görmək istəsək, İraqdan baza kimi istifadə edərik”. Trampın həmin qəfil səfəri 3,5 saat davam eləmişdi. Bundan sonra o, İraq rəhbərliyi ilə görüşmədən ölkəni tərk eləmişdi.