ABŞ-ın ballistik raket sistemlərində təhlükəsizlik problemi

Baxış sayı:
5014

ABŞ-ın Müdafiə Nazirliyinin müfəttişləri ölkənin ballistik raket sistemlərini yoxlayaraq onlarla təhlükəsizlik probleminin olduğunu ortaya çıxarıb. Bəzi kompüterlərdə virus proqramı belə olmadığı aşkar edilib.
 
Bununla bağlı hazırlanan hesabata görə, ABŞ-ın ballistik raket əleyhinə müdafiə sistemində onlarca kiber təhlükəsizlik açığı təsbit edilib.
 
Virus proqramı belə yoxdur
 
Müdafiə Nazirliyi müfəttişlərinin yazdığı hesabatda, rəsmilərin şifrləmə belə qoymadıqları, kritik serverlərə fiziki qıfıllar etmədiklərini, iki amilli kimlik təsdiqləməsinin istifadə edilmədiyini və hətta bəzi kompüterlərdə virus proqramının belə olmadığını qeyd edirlər.
10 dekabr tarixli və ictimaiyyətə açıqlanmayan bu hesabat, ölkənin ballistik raket əleyhinə müdafiə sisteminin səkkiz aylıq bir araşdırmasını yekunlaşdırıb. Beş kompleksi araşdıran müfəttişlər bütün obyektlərdə yeddi təhlükəsizlik amilinin ən azı üçündə uğursuz olduqlarını da hesabatda qeyd ediblər. Bundan başqa, oktyabr ayında çıxan bir Hökumət Məsuliyyət Ofisi hesabatı, Pentaqonun silah sistemlərinin də kiber hücumlara qarşı müdafiəsiz olduğunu üzə çıxarıb.
Müxalifət.az