​ABŞ: Bağdadinin axtarışları davam edir, əgər yerini bilsək...

Baxış sayı:
2554

İŞİD lideri Əbubəkr Bağdadinin məhv edilməsi ilə bağlı çoxsaylı xəbərlər yayılmasına baxmayaraq, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri onun axtarışlarını davam etdirir.
Muxalifət.az xəbər verir ki, bu sözləri İŞİD-ə qarşı koalisiyasının sözçüsü Rayan Dillon deyib.
“Biz İŞİD rəhbərlərini ovlamağa davam edirik və Bağdadinin axtarışları da dayandırılmayıb. Əgər biz onun harada olduğunu bilsəydik, oraya peşəkarları göndərər və ona dərhal zərbə endirərdik”, - Dillon bildirib.
Qeyd edək ki, Bağdadinin ölümü barədə dəfələrlə məlumat yayılmasına baxmayaraq, verilən məlumatlar heç bir halda öz təsdiqini tapmayıb.