​ABŞ attaşesi ADAM ÖLDÜRDÜ - Pakistan həbs edə bilmir

Baxış sayı:
3220

Pakistan hakimiyyəti ABŞ-ın İslamabaddakı hərbi attaşesinin ölkəni tərk etməsinə qadağa qoyub.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı Geo TV yayıb.
Buna səbəbin ABŞ attaşesinin törətdiyi avtoqəza nəticəsində bir nəfərin ölümü göstərilib. Rəsmi İslamabad attaşenin diplomatik toxunulmazlığına görə həbs edilə bilmədiyini, amma Pakistanın bu məsələdən imtina etməyəcəyini bildirib.