ABŞ ara seçkilərinin nəticələri Trampa nə vəd edir? - TƏHLİL

Baxış sayı:
11302

ABŞ-da ara seçkiləri demokratların üzünü güldürdü, Tramp əleyhdarlarını sevindirdi. Xüsusilə Trampın Konqresin Nümayəndələr Palatasında çoxluğu itirməsi ABŞ prezidentinin son vaxtlarda verdiyi açıqlamalarının nəticəsi kimi görülsə də, Tramp ikinci dövründə yenidən namizəd olduğu təqdirdə yenidən prezident seçilə biləcəyi ehtimalını da ortaya çıxardı.
 
TRAMPa ÇƏTİN OLACAQ
 
Nümayəndələr palatasında Respublikaçıların uduzması, Donald Trampın bəzi məsələlərdə çətinə düşəcəyi anlamına gəlir. Xüsusilə komissiyalara təyin olunacaq şəxslərin əksəriyyətdə demokrat olması Trampın siyasi və idarəetmə kimi məsələlərdə yenidən sorğulana və araşdırmaların başlana biləcəyi mənasına gəlir. Xüsusilə mübahisəli və bir o qədər də səs gətirən xarici siyasət, kəşfiyyat həmlələri gələcəkdə Trampı çətinə salacaq qədər araşdırılacağı güman edilir.
Tramp üçün hər nə qədər bu araşdırmalar başa bəla bir hal kimi görünsə də, növbəti seçkiyə qədər qələbəni yenə özündə saxladığı görünür. Xüsusən Senatda alınan uğurlu nəticə ilə birlikdə mühüm bölgələrə valilərin təyin olunmasının  Tramp üçün bir sonrakı dövrə müsbət işarə deməkdir.
Hətta bu vəziyyəti Tramp adına bir qələbə kimi də qiymətləndirmək olar.


 
TOPAL ÖRDƏK VƏZİYYƏTİ YOXDUR
 
ABŞ rəhbərliyində prezidentin çarəsiz buraxılması vəziyyətinə topal ördək deyilir. İlkin nəticələrin açıqlanması ilə Trampın topal ördək vəziyyətinə düşdüyü açıqlanmışdı, ancaq sonrakı saatlarda Senat və əhəmiyyətli valiliklərin alınması, Trampı topal ördək vəziyyətindən xilas etdi.
Tramp, hər nə qədər demokratlar tərəfindən çətinə salınsa da, rəhbərlikdən uzaqlaşdırılma vəziyyəti tamamilə ortadan qalxmış oldu.
 
ƏN ZƏİF VAXTINDA BU NƏTİCƏNİ ƏLDƏ EDİB
 
ABŞ prezidenti Donald Tramp üçün bu vəziyyətin bir qələbə kimi adlandırılmasının səbəbi bütün medianın və ABŞ-dakı bütün QHT-lərin Trampa qarşı həmlələr etməsinə baxmayaraq Trampın kreslosunu sarsıdacaq bir nəticə verməməsidir.
Xüsusilə Trampın "Make America Great Again" (Yenidən Amerikanı böyük edək)şüarı kütlələri hərəkətə keçirdiyi seçkilərdə bütün tənqidlərə baxmayaraq, ən zəif anında ara seçkidən zəfərlə ayrılması, Trampın gələcəyi üçün bir təminat kimi görünür.
 
TRAMP QORXULARLA QAZANDI
 
ABŞ Prezidenti Donald Trampın seçki şüarı, qorxularla qələbəni bərabərində gətirdi. Xüsusilə müzakirə edilən iqtisadi gedişata baxmayaraq Trampın əldə etdiyi bu nəticələr, qaçqın qorxusu, xarici təhdidlər və terror aktlarının Tramp tərəfindən istifadə edilməsi ilə gəldi.
Trampın bu süni təhdidlər qarşısında aldığı tədbirlər, ABŞ xalqının "bu vəziyyətin öhdəsindən yalnız Tramp gələ bilər" ritorikasını da özü ilə bərabər gətirdi və Trampı qələbəyə itələdi.


 
TRAMPİZM FİKRİ YAYILIR
 
Seçicilərin Trampı seçməsi, ABŞ içərisindəki bir ideologiyanı da həyata keçirir. Trampizm adlı bir ideoloji düşüncə yoxdur, ancaq mövcud təhdidləri istifadə edərək vəzifəsinə davam edən Donald Tramp, xalq içərisində Trampizm fikrini yaymağa başlayıb.
Xüsusilə bütün təzyiq və tənqidlərə baxmayaraq Trampın Respublikaçılar ilə birlikdə Senatda 51 faizlik bir nəticə əldə etməsi, bu vəziyyətin sonrakı vaxtlarda daha yaxşı getməsi mənasına gəlir.
 
AQRESSİV BİR DÖVR GƏLİR
 
Tramp, ötən dövrdə çox qalmaqala səbəb olan siyasətlər aparmışdı. Bu dövrdə hər nə qədər Nümayəndələr Palatası Respublikaçıların əlindən alınsa da, Trampın bua rəğmən yaxşı səs alması, onun siyasətinin dəstəkləndiyini göstərir. Xüsusilə aqressiv və əsassız addımlarının gələcəkdə arta biləcəyinin müjdəsi olan bu nəticələr, Trampın gələcəkdə əlini möhkəmləndirməsinə və Demokratları yenidən məğlub olmasına səbəb ola bilər.
Müxalifət.az