​ABŞ-a aid hərbi təyyarədə OLAY - Pilotlar 7,6 km yüksəklikdə soyuqdan dondu

Baxış sayı:
3190

ABŞ-ın Vaşinqton ştatından Kaliforniyadakı bir hərbi bazaya uçuş edən ABŞ Hərbi Dəniz Qüvvələrinə aid EA-18G Grovler təyyarəsinin heyəti yerdən 7,6 km yüksəklikdə soyuqdan donub.
Muxalifət.az “Defense News” saytına istinadən xəbər verir ki, donmaya səbəb təyyarənin istilik sistemində yaranan nasazlıq olub.
Təyyarənin temperaturu -30 dərəcəyə düşüb. Kabinlər çənlə, təyyarənin paneli isə buzal örtülüb. Pilotlar çətinliklə Vaşinqtona geri qayıtmağa məcbur olublar. Onların kəskin soyuğa məruz qalmalarına baxmayaraq, vəziyyətlərinin yaxşı olduğu bildirilib.