ABŞ admiralı Rusiyaya “hücuma keçməyə” çağırdı - "ZƏRBƏNİ BİRİNCİ ENDİRMƏYİN VAXTI ÇATIB..."

Baxış sayı:
5572

ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının komandanı, admiral Con Riçardson Amerika hakimiyyətini Rusiyaya “hücuma keçməyə” çağırıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Business İnsider” yazır.

Məlumata görə admiral bu barədə Atlantik Şurasında çıxışı zamanı deyib. NATO-nun keçmiş baş katibi Aleksandr Verşbou Riçardsondan Rusiyanın əsas dəniz yollarını ələ keçirməsinə qarşı ABŞ-ın nə edə biləcəyi haqda soruşub. “Biz birinci zərbə endirməliyik”-Riçardson bildirib.

Admiral deyib ki, Amerika tərəfi təkcə Rusiya və Çin kimi ölkələrin addımlarına necə cavab vermək barədə düşünməli deyil, özü birinci təzyiq etməlidir. Onun sözlərinə görə, rusları ABŞ-ın “birinci addımlarına” cavab verməyə məcbur etmək lazımdır.

“Zərbəni birinci endirməyin vaxtı çatıb. Vaxtaşırı olaraq şahmat taxtasının ağ tərəfində oynamaq üstünlüyə çevrilir”-o bildirib. Riçardson təsdiq edib ki, Rusiya Azov dənizini blokadaya alıb və Şərqi Aralıq dənizində hərbi iştirakını artırıb./Virtualaz