ABŞ açıqladı: “Əsrin Müqaviləsi” təxirə salına bilər

Baxış sayı:
5920

ABŞ-ın Orta Şərq üzrə Xüsusi Nümayəndəsi Jason Greenblatt Katz Tramp hökumətinin "Əsrin Razılaşması" olaraq xarakterizə etdiyi Orta Şərq sülh planı ilə bağlı açıqlaması noyabr ayına qədər təxirə salına biləcəyini söyləyib.
 
“Jerusalem Post” qəzetinin ABŞ-da təşkil edilən illik konfransında çıxış
Edən ABŞ-ın Orta Şərq üzrə Xüsusi Nümayəndəsi Jason Greenblatt uzun müddətdir açıqlanması gözlənilən Orta Şərq sülh planının açıqlanmasının İsraildəki seçkilər səbəbiylə noyabr ayına qədər təxirə salına biləcəyini bildirib.
Greenblatt ABŞ prezidenti Donald Trampın qrupunun bu yay açıqlanmasını düşündüyü sülh planının İsraildə sentyabr ayında keçirilməsi nəzərdə tutulan seçkilərdən sonra yeni qurulacaq hökuməti gözləyə biləcəyini dilə gətirib.
Sülh planı mövzusunda təfərrüat verməyəcəyini deyən Greenblatt, "Əlimizdə çox həssas bir şey var. Üzərini möhkəmcə bağlı saxlasaq, uğur şansını artırarıq" deyə söyləyib.
Planın baş memarlarından biri olan Trampın kürəkəni və baş məsləhətçisi Jared Kuşner aprel ayında New Yorkda “Time” jurnalının təşkil etdiyi "Time100" adlı tədbirdə Orta Şərq sülh planının Ramazan ayından sonra açıqlanacağını bəyan etmişdi.
Kuşner Orta Şərq sülh planının normal vəziyyətdə ilin əvvəlində təqdim ediləcəyini, ancaq bu il İsraildə erkən seçki qərarı verilməsindən sonra bunun təxirə salındığını qeyd etmişdi.
 
"Heç bir ölkəni məcbur etməyəcəyik"
 
"Fələstinliləri satmaq istəməyən Ərəb dövlətlərinin İsrail ilə razılaşmalarının bir sərhədi olduğunu" dilə gətirən Greenblatt, "Heç bir ölkəni rahat olduqları mövqedən daha irəli getməyə məcbur etməyəcəyik" deyə söyləyib.
Greenblatt Orta Şərq sülh planı çərçivəsində Bəhreyndə keçiriləcək konfransa fokuslandıqlarına diqqəti çəkərək "Bahreyn zirvəsi bir sülh razılaşması olsa, Fələstin iqtisadiyyatına necə təsir edə biləcəyini göstərməyi məqsəd qoyur" deyib.
Qeyd edək ki, Bəhreyndə 25-26 iyunda Fələstin iqtisadiyyatına yönəlik sərmayələrin müzakirə olunacağı konfransa Tramp rəhbərliyiylə yanaşı, Misir, Mərakeş, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmrlikləri və Qətərin qatılması gözlənilir.
Fələstin tərəfi Orta Şərq sülh mövzusunda Tramp rəhbərliyiylə yaşanan gərginliklərə görə Fələstinlilərdən bir nümayəndənin qatılmayacağını açıqlamışdı.
Müxalifət.az