ABŞ-ın 50 illk KUKLA KÜRD DÖVLƏTİ YARATMAQ LAYİHƏSİ

ABŞ 50 ildir ki, İraqı parçalayıb kukla bir Kürd dövləti yaratmaq niyyətindədir
 
5 min PKK-lı və peşmərgəyə terror təlimi keçdilər
 
 Türkiyə, İraq və İranı İsrailə bağlı olacaq kukla bir Kürd dövlətçiyi ilə parçalamaq planı uzun bir keçmişə dayanır. 25 Sentyabr referendumu ilə ortalığa çıxan “terror dövləti” ssenarisi üçün ABŞ on illərdir ki, işləyir. Peşmərgə və PKK-lıların Şimali Koreyanın raketlə təhdid etdiyi Guam Adasına aparılıb ABŞ bazasında təlim keçərək öyrədilməsi deyilənlərin sübutu üçün  bir çox məsələlərdən yalnız biridir. Sakit okeanda yerləşən Quam Adasında 5 min Peşmərgə və PKK-lı terrorçu ABŞ-a aid Andersen Hərbi Bazasında xüsusi olaraq öyrədilib. 1996-ci ildəki bu nəql prosesinə isə "Sakit Okean Sığınacağı” adı verilib.
 
 GUAM-da DÜŞƏRGƏYƏ GİRDİLƏR
 
Səddamın hücumlarından qurtulmaq bəhanəsi ilə başlanılan əməliyyat çərçivəsində 5 min İraqlı Kürd İncirlik Bazasından Guama aparılıb. Hərbi, siyasi, kəşfiyyat, təxribat və sair kimi məsələlərdə intensiv təlimdən keçirilən qrupun üzvləri 2003-ci ildən etibarən İraqa qruplar halında geri göndərilib. Şimali İraqdan Böyük Okeana qədər uzanan bu təşkilatçılıq Fransanın keçmiş Prezidenti Fransua Miterandın xanımı Daniellə Miterand və Yaxın Şərqin müasir Lawrenceı kimi tanınan Əlcəzair təvəllüdlü Sionist-Yəhudi Bernard Henri Levy rəhbərliyi altında baş verib.
 
 
 Nəcməddin Kərim
 
  İLK KARVAN 2 MİN 500 NƏFƏR
 
 İraqın şimal bölgələrindən seçilərək Guam Adasına gedən ilk karvanda 2 min 500 nəfər yer alıb. İlk fazada heç bir sənədi olmayan bu Peşmərgə və PKK-lıların sayı daha sonra Mossad Kəşfiyyat Xidmətinin və MKİ-nin birgə fəaliyyəti ilə 5 min nəfərə çatdırılıb. ABŞ 2003-cü ilə İraqı işğal edəndən  sonra 85 faizi yenidən İraqa qayıdan Peşmərgə və PKK-lıların geri qalan qismi isə Fransa, Almaniya, Danimarka, İngiltərə, ABŞ, Kanada kimi ölkələrdə lobbi fəaliyyətləri aparmaq və Kürd Diasporu yaratmaq məqsədli Qərbli ölkələrə yerləşdirildi.
 
 
 Lahor Ceng Tələbani - PYD-nin siyasi dəstəbaşı Saleh Müslim
 
 
  SİONİZMİN KUKLALARI
 
 ABŞ və Avropa ölkələrinə 1975-1996 illər arası köçənlər arasında Qubad Tələbani (Cəlal Tələbaninin oğlu), Lahor Ceng Tələbani (Cəlal Tələbaninin oğlu), Mesrur Bərzani (Məsud Bərzaninin oğlu), Nəcməddin Kərim (Kərkükün pirat valisi) kimi adlar vardır. Bundan başqa, PKK üst rəhbərliyi və Peşmərgə komandirləri arasında yenə Qərblilər tərəfindən xüsusi təlim keçilən bir çox isimlər də vardır. ABŞ-ın 1996-da Guam Adasına apardığı terrorçulardan 1500-ü daha sonra PKK sıralarına qayıtdı. Qəndildən Suriyada PYD, İranda isə PJAKA göndərilən bir çox yüksək səviyyəli terror təşkilatı rəhbəri də yenə Guamda xüsusi olaraq öyrədilən terrorçular arasından seçilib. Suriyada ABŞ-ın yardımı ilə ölkənin şimal və şərqində bir çox bölgəni işğal edən PKK/ PYD-yə komandanlıq edən Redur Xəlil, Zuhat Kobani, Hüseyn Koçer kimi adlar də 1996-da eyni təlim prosesindən keçən terrorçular arasında yer alıblar. Həmçinin Sincar, Qamışlı, Afrin, Eyn əl-arab sözdə kanton idarəçiliyində rəhbər vəzifə tutan PKK-lıların da mühüm bir qismi yenə də Guamda təlim keçiblər.
 
 
 Qubad Tələbani
 
 
  Mesrur Bərzani
 
 
  PYD-nin BAŞI DA OKEANDAN GƏLDİ
 
 ABŞ-ın Suriya işğalını qanuniləşdirmək üçün yaratdığı Demokratik Suriya Qüvvələrinin komandanlığına gətirilən Məzlum Kobane, Fərhad Şahin kod adlı terrorçular da Guam Adasında Mossad Kəşfiyyat Xidməti və MKİ tərəfindən təlim keçiblər. Türkiyənin aradığı Şahin TSK-nın  Sincar və Karaçoku bombardmanı sonrası ABŞ-lı yüksək səviyyəli komandirlərlə görüntülənmişdi. Şahin Pentaqon tərəfindən Suriyada "əsas tərəfmüqabil” kimi görünür. PYD başçısı eyni zamanda ABŞ Prezidenti Tramp tərəfindən Suriyaya müstəmləkə valisi kimi təyin olunan Brett Mcgurkın da ən sıx görüşdüyü adamdır.
 
 
Terror təşkilatı üzvlərinə sui-qəsd, təxribat, bomba və kəşfiyyat təhsillərinin verildiyi Quam Adasındakı Andersen Hava Bazası.
 
 Lobbi qrupu Avropaya, hərbi terroristlər okeana
 
 İraq və İran arasında 1975-ci ildə Əlcəzairdə bağlanan müqavilə ilə (Əlcəzair Müqaviləsi) Fransa, ABŞ və İngiltərə, regiondan ilk Kürd dəstələrini nəql etməyə başlayıb. Bu dövrdə 15 min Kürd Avropa və ABŞ-ın müxtəlif şəhərlərinə yerləşdirildi. Xüsusi təqaüdlər verilərək oxudulan Kürd gəncləri, bugünkü Kürd siyasi hərəkatının qabaqcıl adları arasında yer alırlar. Fransa bu sahədə aktiv fəaliyyət göstərən öncül ölkələrdən biri oldu. 90-cı illərdə Fransa prezidenti Miterandın xanımı Daniellə Miterand ilə Bernard Henri Levy tərəfindən seçilən Peşmərgə və PKK-lıların İraqdan Habur Sərhəd Qapısına daşınması isə ABŞ-ın Türkiyə-İraq sərhədində dövrəyə soxduğu “Çəkic Güc” tərəfindən əyata keçirilib. Xüsusi vasitələrlə Türkiyə sərhədinə gətirilən Peşmərgə və PKK-lılar Betman avtomobil yolu ilə Adana-İncirlik ABŞ bazasına aparılıb. Terror təşkilatında rəhbər olaraq yetişdirilmək üçün yola çıxarılan terrorstlər isə Sakit Okeandakı Guam Adasına aparılıb.
Müxalifət.az