ABŞ 4 il ərzində 12 minə yaxın insanı qətlə yetirib - İraq

Baxış sayı:
7885

Son 4 ildə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqda və Suriyada həyata keçirdiyi hava hücumlarında 11 min 800 mülki vətəndaş ölüb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı İraq İnsan Hüquqları üzrə Ali Komissarlığı yayıb. Məlumata görə, hücumlarda ölənlərin 2300-ü uşaq, 1130-u isə qadın olub. Yaralıların sayının isə 8 min olduğu bildirilib.
Komissarlıq koalisiyanın hücumları nəticəsində 1139 dinc əhalinin ölməsi haqqında yaydığı məlumatın isə həqiqəti əks etdirmədiyini vurğulayıb.
Qeyd edək ki, Pentaqon 2018-ci ilin sentyabrında verdiyi hesabatda koalisiyanın 2014-2018-ci illər ərzində Suriyada və İraqda terror təşkilatlarına qarşı 30 minə yaxın hava hücumu reallaşdırdığını açıqlamışdı.