​ABŞ 3 terrorçunun başına 11 milyon pul qoydu - SİYAHI

Baxış sayı:
8719

ABŞ Pakistanın “Təhrik-i Taliban Pakistan” terror təşkilatının rəhbəri Molla Fəzlullahın başına 5 milyon dollar mükafat təyin edib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Departament Molla Fəzlullahla bərabər, “Camaat ül-Əhrar”ın rəhbəri Abdulla Vali və “Ləşkəri-İslam”ın rəhbəri Manqala Baqxa barədə informasiyaya da mükafat təyin edib. Bu şəxslər haqqında informasiyaya görə 3 milyon dollar mükafat vədi verilib.
Qeyd edək ki, hər üç şəxs ABŞ və Pakistanın maraqlarına zərbə endirməkdə ittiham edilib.