​AB Zərifi Brüsselə çağırır – İRAN OLAYLARI

Baxış sayı:
2881

Avropa Birliyi İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi ölkədə baş verən etiraz aksiyalarının müzakirəsi üçün Brüsselə dəvət etmək niyyətindədir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu ZDF televiziyasına müsahibəsində Almaniya Xarici İşlər naziri Ziqmar Qabriyel söyləyib.
O, artıq bu məsələnin Avropa Komissiyasının Xarici Siyasət və Təhlükəsizlik üzrə komissarı Federika Moqerini ilə razılaşdırıldığını bildirib. Onun sözlərinə görə, Zərif Brüsselə gələn həftə dəvət edilə bilər.