​AB Trampın Qüds mövqeyini dəstəkləmədi

Baxış sayı:
3149

Avropa İttifaqı ölkələrinin siyasi liderləri ABŞ Prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı kursundakı son dəyişikliklərlə razılaşmayıblar.
Muxalifət.az xəbər verir ki, bu barədə Avropa Şurasının sədri Donald Tusk danışıb.
Tusk Brüsseldə keçirilən sammitdə iştirak edən 28 ölkə adından Avropa Birliyinin Qüds məsələsində mövqeyinin dəyişməz olaraq qaldığını qeyd edib.