​AB 8 ÖLKƏNİ QARA SİYAHIDAN ÇIXARIR

Baxış sayı:
514

Avropa Birliyi 8 ölkəni ofşorlarla bağlı hazırladığı qara siyahısından çıxara bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Qara siyahıdan çıxarılacaq ölkələrin Panama, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Barbados, Qrenada, Makao, Monqolustan və Tunis olduğu bildirilib.
Qeyd edək ki, AB bundan öncə birliklə vergi hesabatlılığı sahəsində əməkdaşlıq etməyən ölkələrin siyahısını təqdim edib. Siyahıda 17 ölkə yer alıb.