​90 nəfəri öldürdü, qadın qurbanlarını isə… - SERİYA QATİLİN QANDONDURAN DOSYESİ

Baxış sayı:
909

ABŞ-ın ən böyük seriya qatillərindən biri sayılan 79 yaşlı Samuel Littl 14 fərqli ştatda 60 qadın öldürüb.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, başqa bir həbsxanaya köçürülən qatil Federal Təhqiqatlar Bürosuna (FBI) ümumilikdə 90 nəfəri qətlə yetirdiyini açıqlayıb.
Samuel Littlın keçən 30 il ərzində 90 nəfəri öldürdüyünü etiraf etməsindən sonra qurbanlardan 60-nın qadın olduğu təsdiqlənib Xəfiyyə Bobbi Bland 1970-2005-ci illər aralığında həyata keçirilən cinayətlərlə əlaqədar araşdırmalarını davam etdirdiyini, Littlın əlavə olaraq 90 cinayətdə də iştirakçı olduğunu iddia edib.
FBI isə qatilin yalnız 60 cinayətinin üstünü aça bilmişdi.
İstintaq zamanı Samuel Littlın kimsəsiz qadınları hədəf aldığı ortaya çıxıb.
O, ilk dəfə 1956-cı ildə həbs olunmuş, oğurluq, narkotik və qadın ticarəti kimi ittihamlarla məhkəməyə çıxarılmış, lakin hansısa səbəbdən sərbəst buraxılmışdı.
2012-ci ildə yenidən saxlanılan Littlın 1980-ci illərdə işlənmiş, lakin dəlili olmayan cinayətlərlə əlaqəsi üzə çıxarıldı. Məlum oldu ki, o, əsasən qadınları boğaraq öldürüb. Müvafiq ittihamla 2014-cü ildə ömürlük azadlıqdan məhrum edilib.
Başqa bir həbsxanaya köçmək istəyən Samuel Littl bunun qarşılığında FBI-ya cinayətlərini etiraf etməyi qəbul etmişdi. Bundan sonra onun 60-ı qadın, 30-u kişi olmaqla 90 insanı qətlə yetirdiyi üzə çıxıb.