9 ölkədə Türkiyəyə qarşı hərəkətə keçdilər

Baxış sayı:
4090

“Gəzinti”, 17/25 dekabr və 15 iyul kimi təxribatları hazırlayan mərkəzlər yeni və daha böyük bir xaos planı üçün ilk addımı atıb. Mərkəzi Almaniyada yerləşən “Correctiv” adlı sözdə "jurnalistika mərkəzi”ndə başladılan maraqlı kampaniya Türkiyəyə qarşı qlobal qaralama oyununun göstəricisi olub. "Layihə” çərçivəsində daha əvvəl Türkiyəyə yönəlik böhtan bəyanları ilə diqqət çəkən 13 jurnalist kollektiv bir xəbər və sənədli filmə imza atıb. Xəbərdə Türkiyənin dünyanın dörd bir tərəfindəki FETÖ üzvlərini qaçıraraq xüsusi təyyarələrlə gizli həbsxanalara apardığı irəli sürülüb.

İddiaya görə, FETÖ-çular yalnız saxlanılmayıb, "işgəncədən keçirilib və bir daha gün üzü görməyib. MKİ-nin işgəncə həbsxanalarını xatırladan bir üslubla Türk kəşfiyyatını şübhə altında qoymağa çalışan həmin qara təbliğat kampaniyasında yer alan heyət, bu arqumentlərini inandırıcı olması üçün işgəncəni əks etdirən saxta görüntülərlə 8 ayrı dildə kliplər hazırlayıb. Animasiya xarakterli kampaniya klipləri eyni anda 8 ölkədə, 9 fərqli mətbuat orqanında sinxron olaraq göstərilib. Mövcud səhnə 15 iyuldan sonra pusquya yatan mərkəzlərin mütəşəkkil bir şəkildə yenidən xortladıqlarını gözlər önünə sərib.


 
EYNİ ANDA YAYIMDA
 
Fransanın nəşr orqanı “Le Monde”, İsrail qəzeti “Haaretz”, İspaniyada “El Pais”, Almaniyada PKK-lı Əli Ertan tərəfindən idarə olunan Alman “ZDF” kanalı, İsveç mərkəzli “TT News Agency”, Danimarka mərkəzli “Mandag Morgen”, Almaniya mərkəzli “Addendum”, İtaliya mərkəzli “Il Fatto Quotidiano” və “Correctiv”-in də aralarında olduğu mətbuat orqanları "Türkiyədə qaçırılan müxaliflər" başlığı ilə yalan kampaniyasını manşetlərə daşıyıb.
 
ARXADA DİYALOGÇU VAR
 
8 ölkəni əhatə edən eyni zamanlı yayıma ev sahibliyi edən “Correctiv”-in havadarları Türkiyənin üzləşdiyi qlobal əməliyyatı nümayiş etdirib. Casusluqla ittiham olunan fərari Can Dündar və terror təşkilatı PKK-nın yayım orqanı “IMC TV”-nin müxbiri Zübeydə Sarının da məzmun verdiyi “Correctiv”-in ən böyük himayədarının "Brost” Fondu olması diqqət çəkir. Prosesə 3 milyon avro ianə edən “Brost” Fondu, PKK tərəfdarlarının çıxışlarını təşkil etdiyi simpoziumlar və "dinlərarası dialoq” tədbirləri keçirən bir qurumdur.
 
“GƏZİNTİ”NİN SPONSORLARI
 
“Correctiv”-in elan etdiyi böyük ianəçiləri arasında tanınmış başqa adlar da var. Osman Kavala və qrupu üzərindən “Gəzinti” təxribat hadisələrini maliyyələşdirən Corc Soros dəstəkli Açıq Cəmiyyət Fondu Türkiyənin Şərq və Cənub-şərq bölgələrində yerli fondlar üzərindən təxribat xarakterli fəaliyət göstərən “Konrad Adenauer” Fondu da böyük ianəçilər arasındadır. Təkcə 2017-2018-ci illərdə Sorosçu Açıq Cəmiyyət Fondu tərəfindən “Correctiv”-ə köçürülən məbləğ 250 min avro-dur. PKK-lı Əli Ertan Torpağın idarə etdiyi və Almaniyada prezident Ərdoğan əleyhinə xəbərlərə qaynaqlıq “ZDF” televiziyası da bu sponsorlar siyahısındadır.
 
YENƏ BƏƏ, YENƏ SƏUDİYYƏ
 
Türkiyəyə yönəlik qaralama kampaniyasında Camal Qaşıqçı ilə küncə sıxılan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı tandeminin də barmağı var. “Correctiv”-in gizli ianəçiləri arasında Körfəz kapitalının da olduğu bildirilir. Bundan başqa, qaralama kampaniyasını təşkil edən 13 jurnalistin böyük əksəriyyəti Camal Qaşıqçı cinayəti məsələsində Türkiyənin tezislərinə qarşı çıxıb, öldürmə əmrini şəxsən verdiyi MKİ tərəfindən belə müəyyən edilmiş Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dəstəkçisi olan şəxslərdən ibarətdir.
 
FETÖ-də BİRLƏŞDİLƏR
 
"Qaçırılma” ssenarisi üzərindən Türkiyəyə yönəlik qaralama kampaniyasına imza atanların mənbə göstərdiyi qurum 15 iyul çevriliş cəhdindən sonra FETÖ tərəfindən yaradılan “Stokholm Center for Freedom (SCF) təşkilatıdır. FETÖ-nun bağlanılan nəşr orqanı "Todays Zaman" qəzetinin Ankara nümayəndəliyi vəzifəsini aparmış olan Abdullah Bozkurt İsveçdə qurduğu “Stokholm Center for Freedom” adlı mərkəzdə hesabatlar hazırlayıb, 15 iyul dövlət çevrilişi cəhdində FETÖ-nun bir rolunun olmadığını irəli sürən məqalələrlə Avropa ictimaiyyətini təsir etməyə çalışır. Xaos məqsədli küçə aksiyalarının qlobal maliyyəçisi Corc Soros tərəfindən dəstəklənən qurumlarla Alman kəşfiyyat fondlarının, Səudiyyə Ərəbistanı ilə BƏƏ-nin və PKK terror təşkilatının eyni anda eyni FETÖ yalanı üzərində birləşməsi diqqət çəkir.
Müxalifət.az