82 yaşlı kişinin meyiti tapıldı – BAKIDA

Baxış sayı:
1825

Bakıda 82 yaşlı kişinin meyitii tapılıb.
Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb, orada aşkarlanan 1936-cı il təvəllüdlü Koneev Ramazan Soberjanoviçin cəsədini aidiyyəti üzrə təhvil veriblər.