66 YAŞLI DİREKTORA QARŞI RÜŞVƏT İTTİHAMI – “Yuzə yaxın tələbə bu təhsil ocağını tərk edib..."

Baxış sayı:
4033

“Onunla baglanan bir illik müqavilənin artırılmayacağı qorxusu ilə bütün variantlardan istifadə etməklə, varlanmaq istəyir” Göyçay rayonu, Ərəbcəbirli kənd sakini Səmədov Məhəmməd Azər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Göyçay Dövlət Idarəetmə və Texnologiya Kollecindəki qanunsuzluqlardan yazan şikayətçi bildirir: “Son dövrlər aparılan islahatlar və gəncləşmə siyasəti ilə bərabər, cənab prezidentin hər çıxışında məmurlara və vəzifəli şəxslərə rüşvət almamaqla bağlı xəbərdarlıq etməsi, görünür, varlanmaq sevdası baxımından, bəzilərinə sərf etmir. Bu cür şəxslər onlara verilən vəzifənin xalqa xidmət göstərmək üçün həvalə olunduğun unudurlar. Belə vəzifəli şəxslərdən biri də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru İrşad Abbasovdur. İxtisasca ekoloq olan bu şəxsin böyük bir təhsil ocağına direktor təyin olunması təəcüblü olsa da, ona edilən etimadı doğrultmaması və qısa vaxta kolleci rüşvət mənbəyinə çevirməsi daha çox təəssüf dogurur. Vəzifəyə gələrkən “bilik yeganə meyardır” deyən şəxs bu gün artıq hər tərəfə pul mənbəyi kimi baxır. Uzun müddət burda direktor tərəfindən müəllimlərə verilən jurnallardan heç vaxt pul yığılmayıb. Bu ənənəni gətirən direktor hər jurnala görə 2 manat, fərdi iş planına görə 1 manat pul yığır. Bundan başqa, “otaqları təmir edəcəyik” deyərək müəllimlərdən hər birindən 10-15 manat arası pul alıb. Dərs yükü bölünərkən isə ən azı oklad yarım dərs almaq 300 manat, iki oklad 500 manat olmaqla, təyin olunub. Bunlarla bəs etməyən İrşad müəllim davamiyyəti yerində olmayan, limiti aşan tələbələrdən buraxdığı dərs saatına uyğun pul almaqla, onların qayıblarını sildirir. Bu baxımdan dərs keyfiyyəti yüksək dərəcədə aşağı düşüb. İxtisasları uyğun gəlməyən və müəmmalı şəkildə işə qəbul olunan şəxslərdən də müvafiq olaraq 3-5min arasında pul alındığı gəzən söhbətlər arasındadır. Görünən odur ki, 66 yaşlı direktor onunla bir illik müddətə baglanan müqavilənin artırılmayacağı qorxusu ilə bütün mümkün variantlardan istifadə etməklə, varlanmaq istəyir. Dünənə kimi adi bir qoruqda sıravi işci olan bu adam, necə deyərlər, görmədiyi günə düşüb. İslahatların və gəncləşmə siyasətinin sürətlə aparıldığı bir ərəfədə bu adamın, bütün varlığı ilə təhsili unudaraq, pul yığmaq arzusu işçilər arasında onun Mozalanın bir personalı ilə müqayisə edilməsinə gətirib çıxarıb. Xəstəxanaya gələn yeni həkimin işçilərə rüşvət almamaqla bağlı uzun çıxışından sonra xələti səhv geydiyin başa düşdükdən, çevirib geyindikdən sonra gəlişinin məqsədi bəlli olduğu kimi, bu adamın da gəlişi onu xatırladır. Yeni qış smestiri gəlir deyə, rüşvət yığacağının zövqünü yaşayan direktorun deyib-gülməyinin, sevincinin həddi-hüdudu yoxdur. Amma bütün bunlar az qala bütün kollektivi narahat edir. Belə ki, bu cür idarəetmə nəticəsində təhsilin keyfiyyətinin aşağı düşməsinə görə, yuzə yaxın tələbə bu təhsil ocağın tərk edib. Əgər Təhsil naziri Ceyhun Bayramov bu şəxsi vəzifəsindən azad etməsə, kollec daha ağır fəsadlarla üzləşə bilər. Bu qərarın verilməsi həm kollektivin, həm tələbələrin, həmçinin valideyinlərin sevincinə səbəb olar. Və sonda bir daha qeyd edirik ki, Prezidentin apardığı ugurlu siyasətə kölgə salan bu şəxsin işdən azad edilməsi digərlərinə də dərs olar”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.