65 yaşlı qadını avtomobil vurub - ƏHMƏDLİDƏ

Hadisə Xətai rayonu ərazisində baş verib
 
Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Metronun Əhmədli stansiyasının yaxınlığında yolu keçmək istəyən 1952-ci il təvəllüdlü Hüseynova Şəmsiyyə Ağahüseyn qızını minik avtomobili vurub.
Yaralı sürücünün köməkliyi ilə Respublika Neyrocәrrahiyә Xәstәxanasına yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.