63 yaşlı əmisini bıçaqladı – TOVUZDA

Tovuz sakini 63 yaşlı əmisini bıçaqlayıb
 
Tovuz rayon sakini qardaşı oğlu tərəfindən bıçaqlanıb.
Hadisə Tovuz şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Abdullayev Həzi İmamqulu oğlu mübahisə zəminində qardaşı oğlu tərəfindən qarın nahiyəsindən bıçaqlanıb. Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır./report