​600 ERMƏNİYƏ QARŞI 31 AZƏRBAYCANLI – İspaniyada separatçıların konserti dağıdıldı

Baxış sayı:
12454

Mart ayının 31-i Barselonada erməni separatçılarının keçirtdiyi konsert demək olar ki, başlarına çökdü.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri, diaspor fəalı Mübariz İbrahim deyib. O, ermənilərin Barselonadakı konsert zamanı azərbaycanlılara qarşı münasibətindən bəhs edib:
“Onlar orada 600 nəfər (bəlkə də çox) idi. Bizi görən kimi konsertin vaxtını dəyişdilər və hamısı çölə çıxmağa başladı. Bizlərdən qorxduqları üzlərindən hiss olunurdu. Biz bir azərbaycanlı kimi, bir əsgər kimi qarşılarına keçib, öz sözümüzü dedik. Əsgərlərimiz necə ki səngərdə düşmənlə üz-üzədir, biz də burada onlarla qarşı-qarşıya dayandıq. 600 nəfərə qarşı 31 nəfər olmağımıza baxmayaraq, bu kimi vəziyyətlərdə vətəndaşlarımızı fəal olmağa çağırıram. Birliyimiz bizim qələbəmizdir. Və ermənilər də bizim nə qədər güclü olduğumuzu yaxşı bilir. Onu da qeyd etmək istəyirəm ki, bu kimi hadisələrdə hüquq çərçivəsində mübarizə aparmağımız lazımdır”.
O, artıq ispan cəmiyyətinin Qarabağ məsələsindən xəbərdar olduğunu bildirib:
“Cəmiyyət olaraq Qarabağ məsələsini daha da tanıdacağıq. Bununla bağlı tanıtım fəaliyyətimiz davam edir. Fürsətdən istifadə edib, Qarabağla bağlı keçirilən tədbirlərdə iştirak edən hər bir vətəndaşlarımıza öz minnətdarlığımı bildirirəm. Biz bir daha düşmənə necə mübariz olduğumuzu göstərdik. Allahın izni ilə Qarabağımızı tezliklə düşmən işğalından azad edəcəyik”.