6 kənd terrorçulardan təmizləndi: AFRİN GÖRÜNDÜ

Baxış sayı:
2875

TSQ və ASO gücləri Şeyx Əbdürrəhman, Körpə Nökəri, Canavar Qulağı, Sinaqoqun, Zelka və Kefr Rum kəndlərini terror təşkilatı PKK-dan təmizləyib.
 
Dünən azad olunan strateji mövqelərdən sonra “Zeytun Budağı” Hərəkatı birlikləri ilə Afrin mərkəzi arasında 5 kilometrdən də az məsafə qalıb və rayon mərkəzinin sərhədlərinə çatıblar. TSQ və ASO-nun olduğu yerdən, Afrin mərkəzinin görünüşünün fotoşəkili paylaşılıb.
Azezin qərbində keçirilən əməliyyatlarda qaçan terrorçulardan çox sayda silah və tanksavar raketi götürülüb. Tək adam tərəfindən çiyindən belə atıla bilən bu raketlər, terrorçuların ən mühüm silahı sayılır.

Qeyd edək ki, TSQ “Zeytun Budağı” Hərəkatının başlanğıcından etibarən 3195 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Müxalifət.az