56 yaşlı Sumqayıt sakini özünü bıçaqlayaraq öldürdü

Sumqayıt sakini özünü öldürüb.
 
Hadisə şəhərin 1-ci Yaşıl Dərə adlanan ərazidə qeydə alınıb. Orada yaşayan, 1961-ci il təvəllüdlü Loğman Cavad oğlu Allahverdiyev yaşadığı evdə mətbəx bıçağı ilə özünü bıçaqlayıb. Nəticədə o aldığı xəsarətdən xəstəxanada ölüb.
 Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. /apa