50 milyonluq villaları Təhlükədə olan deputat haqda ŞOK FAKTLAR

Və yaxud seçiciləri nə üçün Rafael Cabrayılovun deputat mandatından məhrum edilməsini istəyir...

Baxış sayı:
8614

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
 
Beləliklə, 17-28 dekabr 2018-ci il tarixində mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Elxan Süleymanov Göyçay çayının məcrasını dəyişdirir - GİLEY”, “Deputat Elxan Süleymanovdan prezidentə şikayət:"Qanunsuz inşa edilmiş villalar...."”, “Deputat Elxan Süleymanov göyçaylıları üsyana hazırlayır – ŞOK İDDİA”, “Göyçay sakini deputatdan "ÇAYQIRAĞI VADİSİ"ndən yazdı”, “Millət vəkili çayın məcrasını dəyişdirib 50 evi su altında qoymaq istəyir – PREZİDENTƏ ŞOK ŞİKAYƏT”, “GÖYÇAY ÇAYINDA FƏLAKƏTİN QARŞISININ ALINMASI KİMLƏRİ NARAHAT EDİR…” başlıqlı  6 məqalənin 10 elektron KİV-də yayılması ilə deputat Elxan Süleymanov tutur.

17-28 dekabrda mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 2-ci yeri “Deputat tam küncə sıxışdırılıb - İTTİHAM”, “'“Cəbrayılovun toxunulmazlığı qaldırılsın” - Zərəəkənlərin Milli Məclisdən tələbi var” başlıqlı  2 məqalənin 5 elektron KİV-də yayılması ilə deputat Rafael Cəbrayılov tutur.
 
Muxalifet.az