50 incəsənət adamı İsrailə qarşı hərəkətə keçdi!

Baxış sayı:
5233

 Dünya miqyasında 50 incəsən xadimi İsraildə keçiriləcək olan Eurovision mahnı müsabiqəsinin başqa ölkəyə daşınması üçün BBC-yə təzyiq etməyə çağırıb.
 
Dünya miqyasında 50 incəsənət xadimi “The Guardian” qəzetində yayımladıqları ortaq məktubla İngilis dövlət yayım təşkilatı BBC-yə bu il İsrailin Təl-əviv şəhərində keçiriləcək Eurovision mahnı müsabiqəsinə dəstəyini çəkməyə çağırıb.
Avropa Yayım Birliyinin yarışmanı Qüdsdən Təl-Əvivə daşımasının yetərli olmadığı bildirilən məktubda, "Bu, Fələstinliləri İsrailin torpaqlarını işğal etməsinə, təxliyələrə, öldürülmələrinə, döyülməsinə və daha başqa bir çox şeyə qarşı saxlaya bilməz. Eurovision əyləncə işi ola bilər, amma bu onu insan hüquqları ideyasından azad etməz. İsrailin Fələstinlilərin insan haqlarını sistematik pozmasını görməməzliyə vura bilməzsiniz" deyə bildirilib.
 
 İsrail işğalına diqqət çəkdilər
 
BBC-ni 8 fevralda Böyük Britaniyanın Eurovision namizədinin müəyyənləşəcəyi "Sən Qərar Ver" müsabiqəsi ərəfəsində hərəkətə keçməyə çağıran sənətçilər, məktubda bunları qeyd edib:
“BBC “Sən Qərar Ver” prinsipinin Fələstinliləri də əhatə etməsinin lazım olduğunu düşünməlidir. Fələstinlilər İsrailin hərbi işğalını qaldırmağa və işğal və irqçilik olmadan yaşamağa özləri qərar verə bilmir. BBC, konstitusion ifadə azadlığını müdafiə etməyə məcburdur. Prinsiplərinə görə hərəkət etməli və Eurovisionun bu azadlığa qarşı cinayətlərin işlənmədiyi bir ölkəyə köçürülməsi üçün təzyiq göstərməlidir".
Məktuba imza atan sənətçilər arasında Pink Floyd qrupunun solisti və baş gitara çalanı Rocer Waters, müəllif Yann Martel və rejissor Ken Loach kimi şəxslər yer alıb.
Müxalifət.az