5 aylıq körpə satanist ayinində öldürüldü - DƏHŞƏT

Baxış sayı:
4396

Kolumbiyada 5 aylıq körpə satanist (şeytan -red) ayinində qurban verilib.

Məlumata görə, hadisə Antiokiya departamentində baş verib. Bildirilir ki, ana səhər yuxudan oyandıqda körpəni evdə tapmayıb.

Yerli sakinlər sonradan ölü vəziyyətdə tapılan körpənin satanist ayininin qurbanı olduğunun düşünürlər.

Yerli hakimiyyət orqanları da bildiriblər ki, qonşular körpənin Hellouin ərəfəsində keçirilən ayinin dəhşətli qurbanı olduğunu düşünürlər.

Körpənin meyiti ekspertizaya verilib. Onun anası ilə də bağlı məhkəmə ekspertizası keçiriləcək. Polis körpənin oğurlanması zamanı qadının alkoqol və ya narkotik vasitənin təsiri altında olub-olmamasını araşdırmaq istəyir. /report/