45 yaşlı kişi beşbarmaqla vurulub – BAKIDA

Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib
 
45 yaşlı Əmirov Rizvan Faiq oğlu Sarabski küçəsi, 36 ünvanında qonşusu ilə mübahisə edib.
Nəticədə onlar əlbəyaxa olublar və R.Əmirov döyülərək ağır xəsarət alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
R.Əmirov polisə ilkin ifadəsində bildirib ki, qonşusu onu beşbarmaq adlanan küt alətlə döyüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır./report