​4 səfirliyin yerləşdiyi göydələn boşaldıldı - Bomba xəbərdarlığı

Baxış sayı:
14092

İspaniyanın paytaxtı Madriddə “Torre Espacio” adlı göydələn bomba xəbərdarlığından sonra boşaldılıb.
“Qafqazinfo”nun “Cnnturk”ə istinadən verdiyi xəbərə görə, hazırda binada bomba axtarışı aparılır.
Qeyd olunur ki, binada Birləşmiş Krallıq, Hollandiya, Avstraliya və Kanadanın səfirlikləri yerləşir.