4 otaqlı evdə yanğın oldu - ​TOVUZDA

Tovuzun Qovlar qəsəbəsində sahəsi 140 kv.m olan birmərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü 110 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.