4 Konqresmendən prezidentə sərt təpki: Tramp vəzifədən uzaqlaşdırılmalıdır!

Baxış sayı:
8080

ABŞ prezidenti Donald Trampın hədəf aldığı 4 Demokrat qadın millət vəkili ortaq bir açıqlamaya edərək Trampın konstitusiyanı açıqca pozduğunu bəyan edib.
 
ABŞ Nümayəndələr Palatasının Müsəlman Demokrat qadın üzvləri Ilhan Omar və Raşida Tlaibla yanaşı, digər iki qadın üzv Alexandria Ocassia Cortez və Ayanna Pressley ortaq bir mətbuat açıqlaması ilə Trampa cavab verib.
ABŞ prezidentinin "irqçi" olaraq xarakterizə edilən tənqidinə məruz qalan qadın vəkillər, Trampın Amerikan Konstitusiyasını açıqca pozduğunu və vəzifədən uzaqlaşdırılmasının lazım olduğunu ifadə edib.
Trampın "gəldikləri ölkələrə geri dönsünlər" şəklindəki ifadəsinin qəbul edilməz olduğunu vurğulayan Omar, "Tramp açıqca ağ irqçilərin gündəliyini müdafiə edir və bunlar açıqca irqçi hücumlardır. Belə bir prezident vəzifədən uzaqlaşdırılmalıdır" deyib.
Trampın bu cür açıqlamalarla ABŞ-ın əsl problemlərindən diqqətləri başqa istiqamətlərə yayındırdığını deyən Pressley isə bu "təhrikləri" qəbul etməyəcəklərini vurğulayıb.
 
Pelosidən Trampa məktub
 
Nümayəndələr Palatasının Demokrat rəhbəri Nancy Pelosi Trampa göndərdiyi bir məktubla prezidentin istifadə etdiyi dilin qətiliklə qəbul edilə bilməyəcəyinə işarə edib.
Pelosi "Nümayəndələr Palatası prezidentin immiqrantlarla əlaqədar bu şəkildə bir dil istifadə etməsinə icazə verməyəcək" deyə qeyd edib.
Qeyd edək ki, Tramp Twitter hesabından etdiyi paylaşmada, Demokrat Konqres üzvləri Omar, Tlaib, Ocasio-Cortez və Pressleyi "progressiv demokrat Konqres üzvləri" olaraq xarakterizə etmiş və immiqrant mənşəli olduqlarını iddia etdiyi qadın üzvlərin doğulduqları ölkələri üçün "dünyadakı tam bir fəlakətdir, ən pis, ən korlanmış və ən axmaq ölkələrdir" deyə qeyd etmişdi.
Bu şəxslərin ABŞ-ın necə idarə olunması lazım olduğunu söyləməsini maraqlı gördüyünü qeyd edən Tramp, "Niyə bu qadınlar ölkələrinə gedib, gəldikləri xarab və günahlarla əhatə edilmiş ölkələrini düzəltmir? Sonra geri gəlin və necə olduğunu bizə nümayiş etdirin. Bu yerlərin sizin köməyinizə ehtiyacı var və kifayət qədər sürətli ayrıla bilməzsiniz. Əminəm, (Nümayəndələr Palatasının sədri) Nancy Pelosi ödənişsiz səyahət təmin etməkdən xoşbəxtlik duyar" deyə paylaşmasında yazmışdı.
Trampın iddia etdiyinin əksinə, Omar xaric, digər 3 vəkilin ABŞ-da doğulduğu bilinir.
Müxalifət.az