37 ildir itkin düşmüşdü: Sel suları ölkəsinə geri gətirdi

Baxış sayı:
7495

 İranda yağışların səbəb olduğu sel suları 37 ildir itkin olan İraqlı əsgərin cəsədini ölkəsinə sürükləyib.
 
İranın minlərlə kəndinin su altında qalmasına səbəb olan sel fəlakəti maraqlı bir hadisəyə səbəb olub. İraq-İran müharibəsində 1982-ci ildə itkin düşən İraqlı əsgər Abdülemir Hacı Dil Cadiridən 37 ildir xəbər yox idi. İraqa da təsir edən sel suları itkin əsgərin cəsədini İraqın Misan şəhərinə bağlı Meşrah rayonu yaxınlarına sürükləyib. Boynundakı künyə, qolundakı saatı və bəzi əşyalarının da olması ilə meyitin itkin Cadiriyə aid olduğu sübut olunub. 1971-ci ildə İraq ordusuna qatılan Cadirinin ölkəsinə geri dönən cəsədi Zikar rayonuna bağlı Fəcr nahiyəsində torpağa verilib.
İraq ordusunun 1982-ci ildə bəzi İran şəhərlərini işğal etdiyi zaman itən əsgərin cəsədi tapılmayınca itkin kimi qəbul edilib. Ailəsi ondan ümidini kəsmişdi, amma cənazəsini məmləkətində basdırmaq istəyirdi. Ailənin bu arzusu İranı basan sel suları sayəsində həyata keçib.
Müxalifət.az