36 yaşlı qadını avtomobil vurub - BAKIDA

Xumar Hüseynova hadisə zamanı ağır xəsarət alıb
 
Bakıda 36 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, İsmayıl Məmmədov küçəsində piyada zolağı ilə hərəkət edən 1981-ci il təvəllüdlü Hüseynova Xumar Teyyub qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Sürücünün saxlanılması istiqamətində tədbirlər davam etdirilir.