35 yaşlı paytaxt sakini özünü güllələyib

Bakıda intihar hadisəsi baş verib.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə 7-ci mikrorayonda qeydə alınıb.

Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Emin Əli oğlu İmanov özünü odlu silahla güllələyib. Nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil.