31 nəfər öldürüldü, onlarla yaralı var - KOALİSİYA QÜVVƏLƏRİNDƏN NÖVBƏTİ HÜCUM

Baxış sayı:
2431

Beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor əyalətinin Baquz kəndinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
 

Muxalifet.az bildirir ki, bu barədə "al-Watan" qəzeti yazıb.
 
Nəşr, həmçinin onlarla yaralının olduğunu, onların dinc insanlar - üç ailənin üzvləri olduğunu açıqlayıb. Hadisə qurbanları İŞİD yaraqlılarından qaçan zaman bombardman altına düşüblər.