3 yaşlı körpəni avtomobil vurub - BAKIDA

Azyaşlı Süleyman Məmmədov xəstəxanaya yerləşdirilib
 
Bakıda 3 yaşlı körpəni maşın vurub.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Əfəndiyev küçəsində yol kənarında hərəkət edən 2014-cü il təvəllüdlü Məmmədov Süleyman Rövşən oğlunu avtomobil vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.