3 uşaq anası özünü öldürmək istəyib – Sirkə içib

Anası qızının ona atılan böhtandan bezərək özünü öldürmək istədiyini deyib
 
Mingəçevirdə gənc qadın intihara cəhd edib.
Hadisə axşam saatlarında şəhərin Mingəçevir kəndi adlanan hissəsində baş verib.
Üç övlad anası olan 1988-ci il təvəllüdlü kənd sakini Abdullayeva Rəvanə Rəhman qızı ailə münaqişəsi zəminində sirkə turşusu içərək özünü öldürmək istəyib. O, ağır vəziyyətdə şəhər xəstəxanasına çatdırılıb.
Əldə edilən məlumata görə, Rəvanə Abdullayevanın anası qızının ona atılan haqsız şərdən və böhtandan bezərək özünü öldürmək istədiyini deyib.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.