3 uşaq anası intihar etdi - ŞABRANDA
12-04-2019 15:37
Baxış sayı:
8617
Şabran rayonunda intihar hadisəsi baş verib.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xırdaoymaq kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Əliyeva Pəri Nəbi qızı özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Xatırladaq ki, P.Əliyeva 3 uşaq anası olub.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.