"3 GÜNÜNÜZ QALDI..." - Guaido və ABŞ-lı komandirdən Venesuela ordusuna TƏHDİD

Baxış sayı:
5857

ABŞ-ın dəstəklədiyi Venesuela müxalifəti ölkənin İsveçrə banklarındakı hesablarının nizamsız hərəkətlər səbəbilə dondurulmasını istəyərkən, Vaşinqton da dövlət başçısı Nikola Maduroya sadiq qalmağı davam etdirən ordunu bir daha təhdid edib.

Guaido ordunun müvəqqəti prezidentin əmrini yerinə yetirmək və konstitusiyaya uyğun hərəkət etmək üçün 3 günlərinin qaldığını ifadə edib. ABŞ-ın Cənubi Amerika Qüvvələrinin (Southcom) komandiri admiral Kreyq Fallar isə “Bu mesaj Venesuela silahlı qüvvələri üçündür. Nəhayət, etdiklərinizdən məsul olacaqsınız” deyə təhdid edib.

Müxalifət.az