3 Fransız vətəndaşına edam cəzası!

Baxış sayı:
9748

İraqda İŞİD üzvü olmaqla ittiham olunan 3 Fransa vətəndaşı edama məhkum edilib.
 
Bağdaddakı cəza məhkəməsi tərəfindən baxılan iddiada İŞİD üzvlüyü ilə ittiham olunan 3 Fransa vətəndaşına edam cəzası verilib.
İraq məhkəmə qaynaqlardan alınan məlumata görə, edama məhkum edilən şəxslər bir neçə ay əvvəl mühakimə olunmaq üçün Suriyadan İraqa təslim edilib.
Qaynaqlar edama məhkum edilənlərin Fransa vətəndaşı Leonard Lopez, Kevin Gonot ilə Salim Machou olduğunu ifadə edib.
Qərardan şikayəti üçün 30 günlük müddətin olduğunu bildirən qaynaqlar, Fransız məhkumların İraq Terrorla Mübarizə Qanunu daxilində mühakimə olunduqlarını və günahkar olduqlarını qeyd edib.
Müxalifət.az